Şəmşad Ağaya anasının dəfnində iştirak etməyə icazə verildi
Far.Az xəbər saytı

Şəmşad Ağaya anasının dəfnində iştirak etməyə icazə verildi


"Meydan TV" işi üzrə həbsdə olan "Arqument.az" saytının baş redaktoru Şəmşad Ağaya anasının dəfn və yas mərasimində iştirak etmək üçün icazə verilib.

Far.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı vəkil Fəxrəddin Mehdiyevin vəsatəti məhkəmə tərəfindən təmin edilib. O, Lerikin Şilvə kəndində keçiriləcək yas mərasimində 3 gün müddətində iştirak edə biləcək.

Qeyd edək ki, Ş.Ağanın anası dünən parkinson xəstəliyindən vəfat edib.

Ötən il oktyabrın 12-si onun qardaşı qızı 18 yaşlı Səma Ağayeva da xərçəng xəstəliyindən dünyasını dəyişmişdi.

Şəmşad Ağanın işi hazırda məhkəmə istintaqı mərhələsindədir. O, bir qrup şəxs halında qaçaqmalçılıq və başqa ağır cinayətlərdə ittiham olunur.

Oxşar xəbərlər

Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Milli Qəhrəman Şahin Tağıyev dəfn edilir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Xalq artisti Əminə Yusifqızı dəfn olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər