ABŞ səfirliyi "Qarabağ"ı Çempionlar Liqasının play-off mərhələsinə çıxması münasibətilə təbrik edib
ABŞ-nin Azərbaycandakı səfirliyi "Qarabağ"ı Çempionlar Liqasının play-off mərhələsinə çıxması münasibətilə təbrik edib.
BAKU.WS xəbər verir ki, bu barədə səfirlik sosial şəbəkə hesabında məlumat yayıb.
"ABŞ Səfirliyi Qarabağ FK-ni UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməsi münasibətilə səmimi-qəlbdən təbrik edir. Bu Azərbaycan futbolu tarixində ilk belə nailiyyətdir! Bu uğur Avropanın ən mötəbər futbol səhnəsində nümayiş etdirilən əzmkarlığın, yüksək intizamın və peşəkar ustalığın nəticəsi olan ardıcıl güclü çıxışların məntiqi yekunudur. ABŞ iyun ayında FIFA Dünya Çempionatına ev sahibliyi etməyə hazırlaşarkən, idmanın insanları bir araya gətirmək, sərhədləri və mədəni fərqləri aşmaq kimi bənzərsiz gücünü bir daha xatırlayırıq. Dünyanın dörd bir yanında azarkeşlərə futbolun sevincini yaşadan daha çox unudulmaz anların olacağına inanırıq!", - deyə qeyd olunub.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Leyla Əliyeva Əddis-Əbəbədə bir sıra sosial və mədəni obyektlərlə tanış olub
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













