Hindistanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiyaları açıqlanıb
Hindistanın Azərbaycan iqtisadiyyatına xarici birbaşa investisiyaları (BXİ) 2016-cı ildən 2025-ci ilin birinci yarısının sonuna qədər 480 milyon dollardan 1,26 milyard ABŞ dollarınadək artıb.
"Report" xəbər verir ki, bu barədə Avrasiya İnkişaf Bankının (EDB) "Avrasiya regionu və Asiyadan olan tərəfdaş ölkələr: investisiya axınlarının təhlili" adlı hesabatında deyilir.
Bank vurğulayır ki, Azərbaycan Avrasiya regionunda Hindistanın BXİ-lərinin ikinci ən böyük alıcısıdır. Lakin Hindistanın Azərbaycandakı iştirakı yalnız bir investorla məhdudlaşır.
EDB qeyd edir ki, Hindistanın "ONGC Videsh" şirkəti Azərbaycanın neft və qaz klasterinin iki əsas obyekti olan "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərində paya malikdir.
Saziş 2013-cü ildə imzalanıb və şirkət 2024-cü ildə bu layihələrdəki payını artırıb. Hesabatda deyilir ki, bu, ümumi investisiya həcmini 1,26 milyard dollara çatdırıb.
Xatırladaq ki, 2024-cü ildə "ONGC Videsh Limited" şirkəti Norveçin "Equinor" şirkəti ilə "Azəri-Çıraq-Günəşli" layihəsində 0,615 % və Bakı-Tbilisi-Ceyhan neft kəmərini idarə edən boru kəməri şirkəti "BTC Co"da 0,737 % pay almaq üçün müqavilə imzalayıb. Bu satınalmalar "ONGC Videsh"in AÇG layihəsindəki 2,31 % və BTC kəmərindəki 2,36 % payına əlavədir.
Oxşar xəbərlər
30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Əməkdar artist: Canlandırdığım obrazın daxili dünyasını daha dərindən anlamağa çalışdım
-
Qarakənd faciəsindən 35 il ötür
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub
-
ASCO-nun "Xocalı" gəmisi Çində texniki yoxlamadan keçdi, sertifikatları yeniləndi













