Naxçıvanda vergi ödəyicilərinə göstərilən xidmətlərin sayı 2 %-ə yaxın artıb
Far.Az xəbər saytı

Naxçıvanda vergi ödəyicilərinə göstərilən xidmətlərin sayı 2 %-ə yaxın artıb


2025-ci ildə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 44 481 şəxs qəbul edilib.

"Far.Az"un yerli bürosu quruma istinadən xəbər verir ki, mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 59 963 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 % çoxdur.

Ümumi xidmətlərin 90 %-ni 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:

- Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;

- Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;

- "ASAN İmza" sertifikatının verilməsi;

- Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;

- Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;

- Vergi ödəyicisinə arayışların verilməsi;

- Vergi ödəyicisinin fəaliyyətinin bərpası;

- Fiziki şəxsin uçotdan çıxarılması;

- Əmək müqaviləsi üzrə elektron informasiya sistemində aparılan əməliyyatlar.

İl ərzində vergi ödəyicilərinə 668 471 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib, onlarla 113 görüş keçirilib, 540 sayda ünvanlı xidmət göstərilib, 3 689 müraciət üzrə 6 479 "ASAN İmza" sertifikatı verilib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Naxçıvanda 9 ayda vergi ödəyicilərinə xidmət mərkəzlərində 32 minə yaxın şəxs qəbul edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Naxçıvanda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar şəhid məzarları ziyarət edilir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər