ABŞ Prezidentinin xüsusi elçisi: "Tramp marşrutu" Cənubi Qafqazda davamlı sülhün təməli olacaq
Far.Az xəbər saytı

ABŞ Prezidentinin xüsusi elçisi: "Tramp marşrutu" Cənubi Qafqazda davamlı sülhün təməli olacaq


TRIPP layihəsi Cənubi Qafqazda güclü qarşılıqlı əlaqəli iqtisadiyyatların yaradılması və davamlı sülhün dəstəklənməsi yolunda tarixi addımdır.

"Far.Az" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın Mərkəzi Asiya üzrə xüsusi elçisi Sercio Qor Bişkekdə keçirilən "B5+1" biznes forumunda bəyan edib.

"Ermənistan və Azərbaycanı birləşdirən tarixi sülh sammitindən (İlham Əliyev, Donald Tramp və Nikol Paşinyanın iştirakı ilə 8 avqust 2025-ci il tarixli Vaşinqton sammiti) bəri biz "Tramp Marşrutu"nu (TRIPP) təşviq etməyə davam edirik. Bu marşrut Mərkəzi Asiyadan Cənubi Qafqaz vasitəsilə və daha sonra Qərbə birbaşa nəqliyyat əlaqəsini təmin edəcək. Bu, güclü qarşılıqlı əlaqəli iqtisadiyyatların yaradılması və regionda davamlı sülhün qorunması yolunda tarixi addımdır", - Qor bəyan edib.

Onun sözlərinə görə, Tramp administrasiyası Mərkəzi Asiyaya xüsusi önəm verir və bu regionun strateji əhəmiyyətini dərk edir.

Oxşar xəbərlər

Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İtaliya Prezidenti Sercio Mattarellanın Bakıda rəsmi qarşılanma mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər