Samir Şərifov: Zəngəzur dəhlizi ilə 2040-cı ilə qədər 865 min TEU yük ötürülə bilər
Far.Az xəbər saytı

Samir Şərifov: Zəngəzur dəhlizi ilə 2040-cı ilə qədər 865 min TEU yük ötürülə bilər


Zəngəzur dəhlizi Avropa ilə Mərkəzi Asiya arasında etibarlı quru əlaqəsi yaratmaqla yanaşı, 2040-cı ilə qədər 865 min TEU həcmində yük axınını təmin etmək potensialına malikdir.

"Report"un xəbərinə görə, bunu Azərbaycan Baş nazirinin müavini Samir Şərifov Dubayda keçirilən Dünya Hökumətlər Sammiti çərçivəsində təşkil olunmuş "Yeni İpək Yolu" Forumunda çıxışı zamanı bildirib.

O, nitqində Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsindəki rolunun qlobal təchizat zənciri, o cümlədən "Bir Kəmər, Bir Yol" təşəbbüsü, Orta Dəhliz üçün həlledici əhəmiyyət daşıdığını vurğulayıb.

Baş nazirin müavini qeyd edib ki, ötən il Orta Dəhlizlə yükdaşımalar 11 %, Şimal-Cənub dəhlizi ilə isə 12 % artıb.

S.Şərifov Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernləşdirilməsi nəticəsində illik ötürücülük qabiliyyətinin 5 milyon tona çatdırıldığını, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının gücünün isə 25 milyon tona qədər artırılmasının hədəfləndiyini diqqətə çatdırıb. O, xüsusilə vurğulayıb ki, ötən il Bakı Limanında aşırılmış konteynerlərin (TEU) sayı əvvəlki illə müqayisədə 40 % artaraq 107 mini keçib.

O, həmçinin Vaşinqtonda (ABŞ) əldə olunmuş üçtərəfli razılaşmaya əsasən "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) kimi tanınan Zəngəzur dəhlizinin strateji önəmindən bəhs edib.

Yekunda Baş nazirin müavini sərhəd keçidlərinin rəqəmsallaşdırılması və gömrük proseduralarının harmonizasiyası istiqamətində beynəlxalq əməkdaşlığın, xüsusilə Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri arasında kordinasiyanın vacibliyini qeyd edərək, tərəfdaş ölkələri birgə fəaliyyətə çağırıb.

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər