İlham Əliyev: Sərhədlərimizdə sülh qurulub, tamamilə yeni vəziyyət yaranıb
Far.Az xəbər saytı

İlham Əliyev: Sərhədlərimizdə sülh qurulub, tamamilə yeni vəziyyət yaranıb


Azərbaycan Prezidenti İlham Əliyev bu il Ermənistanla sülh sazişinin imzalanacağına ümid etdiyini bildirib.

"Report" xəbər verir ki, Prezident Münxen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan "Açıq dəhliz siyasəti. Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi" mövzusunda baş tutan panel müzakirəsində xatırladıb ki, sülh sazişi paraflanıb.

"Bu ABŞ Prezidentinin iştirakı ilə baş tutdu. Ermənistanın Baş naziri və mənim imzaladığım birgə bəyannamə həmçinin Donald Tramp tərəfindən də imzalanıb. Sərhədlərimizdə sülh qurulub. Tamamilə yeni vəziyyət yaranıb. Heç bir atışma yoxdur, heç kim yaralanmır, heç kim qətlə yetirilmir".

Dövlət başçısı vurğulayıb ki, sülh o vaxt əldə oluna bilər ki, sözün əsl mənasında sülh prosesi olsun.

"Sənədin imzalanması vacibdir, bu, bünövrədir. Onda sonra nə edəcəyik bu da önəmlidir".

Oxşar xəbərlər

Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər