İlham Əliyev: Regional nəqliyyat qovşaqlarında qonşularla yaxşı münasibətlər olmalıdır
Regional nəqliyyat qovşaqlarında qonşularla yaxşı münasibətlər olmalıdır.
"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan "Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi" mövzusunda baş tutan panel müzakirəsində deyib.
Prezident qeyd edib ki, Azərbaycan fiziki infrastruktura sərmayələr yatırıb:
"Birmənalı olaraq regional nəqliyyat qovşaqlarında qonşularla yaxşı münasibətlər olmalıdır. Burada qərb və şərq baxımından Azərbaycan buna çalışır".
Dövlət başçısı qeyd edib ki, Azərbaycanən coğrafi mövqeyi üstünlükdür, lakin müvafiq infrastruktur olmasa bunun mənası hiss edilməz.
"Azərbaycan ərazisi ilə 100 mindən artıq TEO yüklər daşınıb, 250 - 400 min həcminin artırılması nəzərdə tutulur. Dəniz limanlarımızın inkişafına sərmayələr yatırmışıq".
Prezident bildirib ki, Azərbaycan öz ərazisində dəmir yollarının tikintisinə sərmayələr yatırır:
"Yeni çəkiləcək və yenidən bərpa olunacaq dəmir yollarının məsafəsi 600 km olacaq. Bu Azərbaycanın əsas hissəsində və Naxçıvan eksklavında olacaq infrastrukturdur. Ermənistan ərazisində isə 40 km məsafə olacaq. Bunlar həyata keçirilən kimi Orta dəhlizlə iki marşrut olacaq. Bu Şərq ilə Qərb arasında olan məhz yüklərin daşınması Cənubi Qafqaz vasitəsilə həyata keçiriləcək".
Oxşar xəbərlər
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Əməkdar artist: Canlandırdığım obrazın daxili dünyasını daha dərindən anlamağa çalışdım
-
Sahilboyu ərazilərdə torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi rəqəmsallaşdırılacaq
-
Qarakənd faciəsindən 35 il ötür
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb













