Bakıda C6 əməkdaşlığının gələcəyi müzakirə olunub
Bakıda keçirilən "C6: Vahid region, ortaq gələcək - Strateji dialoqun gücləndirilməsi" adlı beynəlxalq konfransda C6 əməkdaşlığının gələcəyi müzakirə olunub.
"Far.Az" xəbər verir ki, "Dialoqdan dayanıqlı mexanizmlərə: C6 əməkdaşlığının gələcəyi" adlı paneldə C6 üçün formal institutlar, regional dialoqun institusionallaşdırılmasında beyin mərkəzlərinin rolu, C6 ölkə mövqelərinin beynəlxalq platformalarda əlaqələndirilməsi müzakirə olunub.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Cavid Vəliyev qeyd edib ki, gələcəkdə Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əlaqələrin inkişafı üçün C6 formatında geniş imkanlar var:
"Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında ortaq tək bir geosiyasi kimlik formalaşıb. Bu da təbii prosesdir. Son 30 ildə regionda baş verən geosiyasi hadisələri əməkdaşlığın inkişafını daha da zəruri etdi".
Qırğızıstan Prezidenti yanında Milli Strateji Təşəbbüslər İnstitutunun Analitika və Koordinasiya şöbəsinin baş eksperti Temirlan Razbayevin sözlərinə görə, Mərkəzi Asiya ölkələri üçün regional birlik önəmlidir:
"Mərkəzi Asiya ölkələrinin müstəqil beynəlxalq məsələlərdə rolu güclənir. Beyin mərkəzlərinin C6-da vahid platforması yaradılmalıdır. Regionla illik hesabatlar hazırlaya, beynəlxalq arenada koordinasiya yarada bilərik".
Qazaxıstan Prezidenti yanında Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun baş elmi əməkdaşı Sanat Kuşkumbayev Azərbaycanın Mərkəzi Asiya ölkələrinin məsləhətləşmə görüşləri formatına tamhüquqlu iştirakçı qismində qoşulmasına (C6 formatı) diqqət çəkib:
"Azərbaycanın bu formata qoşulması regionun potensialını keyfiyyətcə genişləndirir və əməkdaşlığa yeni strateji ölçü qatır".
Qazaxıstan Prezidenti yanında Milli Qurultayın üzvü Talqat Əliyev hazırda dünyada beyin mərkəzlərinə ehtiyac olduğunu diqqətə çatdırıb.
O, Mərkəzi Asiya ölkələri arasında əlaqələrin daha da inkişafına, hərbi və sənaye sahəsində birgə işlərin görülməsinə diqqət çəkib.
Oxşar xəbərlər
Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub
Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Vüsal Qasımlı: Ötən il TDT ölkələrinin ümumi ticarət dövriyyəsi 1,3 trilyon dollardan çox olub
-
CNN: Ağ Evdə İranla bağlı konsensusa gələ bilmirlər
-
Sular üzərində qurulan möcüzə
-
"Əl-Nəsr" Asiya turnirinin finalında "Qamba"ya məğlub olub
-
Azərbaycan Ordusunda silah və texnika yaz-yay mövsümü istismarı rejiminə keçirilib
-
FHN-də WUF13-lə bağlı Qərargah və işçi qruplar yaradılıb













