Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları əmək hüquqları sahəsində əməkdaşlığı genişləndirəcək
Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Satıbaldı Dauletalin ilə iki ölkənin həmkarlar ittifaqı təşkilatları arasında əməkdaşlığı müzakirə edib.
"Report"un yerli bürosunun məlumatına görə, görüş zamanı tərəflər Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqı təşkilatları arasında qarşılıqlı əlaqələrin konstruktiv xarakterini vurğulayıb, həmçinin dialoqdan konkret praktiki addımlara keçməyə hazır olduqlarını təsdiqləyiblər.
Qeyd olunub ki, həmkarlar ittifaqları üzrə əməkdaşlıq iki ölkə arasında humanitar əlaqələrin mühüm elementi kimi nəzərdən keçirilir və sosial tərəfdaşlığın möhkəmləndirilməsinə kömək edir. Tərəflər əmək hüquqlarının müdafiəsi, təcrübə mübadiləsi və profil strukturlar arasında əlaqələrin genişləndirilməsi ilə bağlı aktual məsələlər barədə fikir mübadiləsi aparıblar.
Sağlamlıq mərkəzləri və sanatoriya-kurort müalicəsi sahəsində qarşılıqlı əlaqə perspektivlərinə ayrıca diqqət yetirilib. Birgə proqramların inkişaf etdirilməsi, təcrübə mübadiləsi və işçilərin tibbi xidmətlərə çıxış imkanlarının genişləndirilməsi müzakirə edilib.
Görüşün yekununda ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsinə və sosial-əmək və bir sıra sahələrdə birgə təşəbbüslərin həyata keçirilməsinə qarşılıqlı maraq ifadə olunub.
Oxşar xəbərlər
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sağlamlıq mərkəzləri ilə tanışlıq olub
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 33 illiyi qeyd olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Əməkdar artist: Canlandırdığım obrazın daxili dünyasını daha dərindən anlamağa çalışdım
-
Qarakənd faciəsindən 35 il ötür
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub
-
ASCO-nun "Xocalı" gəmisi Çində texniki yoxlamadan keçdi, sertifikatları yeniləndi













