Azərbaycanda "Təhdidlər və Həllər Kataloqu"na daxil edilən təhdidlərin sayı açıqlanıb
Azərbaycanda informasiya və kibertəhlükəsizlik üzrə təhdidlər, həllər kataloquna 167 təhdid daxil edilib.
"Far.Az" xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Nadir Novruzov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, portalda həmçinin həmin təhdidlərin həll yolları barədə məlumat da yerləşdirilib: "Bu təhdidlər kataloqunun mütəmadi olaraq yenilənməsi nəzərdə tutulub. Dövlət qurumlarında da risk reyestrləri formalaşdırıldıqda, orada həll yolları müəyyən edildikdə, bu həll yolları da universal olaraq digər təhdidlərə də tətbiq oluna bildiyi halda "Təhdidlər və Həllər Kataloqu"nda öz yerini tapacaq".
İnformasiya təhlükəsizliyi riskləri reyestrinin yaradılmasının əhəmiyyətini vurğulayan idarə rəisi onun dövlət qurumlarında risk əsaslı qərarvermənin formalaşdırılması üçün nəzərdə tutulduğunu diqqətə çatdırıb: "O, həm mərkəzləşdirilmiş sistemli idarəetməyə, həm də baş verə biləcək insidentlərin, risklərin qabaqcadan müəyyən olunması və onların qarşısının alınmasına imkan verir. Eyni zamanda, auditlər zamanı da dövlət qurumunda baş verə biləcək risklərin hamısının nəzərə alınıb alınmamasın qiymətləndirməyi mümkün edən bir alətdir. Belə ki, İnformasiya Təhlükəsizliyi Risklər Reyestrinin olması təsadüfi deyil, müəyyən qiymətləndirmələr əsasında qərarların verilməsinə imkan yaradır".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 33 illiyi qeyd olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FNC BOKT maliyyə vəziyyətini açıqlayıb
-
Azərbaycana Amerikadan turist axını 4 %-dən çox artıb
-
Makqreqor beş ayda 12 dəfə dopinq testindən keçib
-
"Neo" BOKT ötən ili zərərlə başa vurub
-
Litva xarici işlər naziri məlumat sızmasının qurbanı olub
-
Yaponiya və Cənubi Koreya 9 illik fasilədən sonra dəniz təlimlərini bərpa edəcəklər













