Azərbaycanda süni intellekt təhlükəsizliyinə dair tələblər formalaşdırılır
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti süni intellekt təhlükəsizliyinə dair tələblərin formalaşdırılması üzərində iş aparır.
"Report" xəbər verir ki, bunu Dövlət Xidmətinin idarə rəisi Nadir Novruzov təmsil etdiyi qurumun təşkilatçılığı ilə Bakıda keçirilən "İnformasiya təhlükəsizliyi riskləri və onların idarə edilməsi" adlı tədbirdə bildirib.
O qeyd edib ki, süni intellektin yarada biləcəyi risklərin nəzərə alınması və oradan irəli gələn təhdidlər barədə məlumatlar da "Təhdidlər və Həllər Kataloqu"na yerləşdiriləcək: "Bu təhdidlər əsasında da risklərin formalaşdırılması istiqamətində qurumlara metodiki köməkliklər göstəriləcək".
N.Novruzovun sözlərinə görə, qurumların həyata keçirməli olan mühüm işlərdən biri ilk növbədə aktivlərin uçotunun aparılması olmalıdır: "Aktivlərin nə olduğunu bilmədən risk reyestrinin formalaşdırılması, yəni riskin nəyə, hansı aktivə istiqamətləndiyini bilmək mümkün deyil. Ona görə qaydalarda qeyd edilən 6 istiqamət üzrə aktivlər müəyyən olunaraq informasiya təhlükəsizliyi riskləri reyestrinə daxil edilməlidir. Ondan sonra isə təhdidlər, uyğunsuzluqlar, fəsadlar müəyyən olunmalı və insidentlərin qeydiyyatı aparılmalıdır".
İdarə rəisi risklərin reyestrinin aparılmasının, idarə olunmasının və qiymətləndirilməsinin mütəmadi olaraq həyata keçirlməli olduğunu vurğulayıb: "Əgər risklər ciddi deyilsə, onlara 6 aydan bir yenidən baxılır. Yox əgər ciddi risklərimiz varsa, o zaman 3 aydan bir yenidən baxılır. Bu, risklə bağlı hər hansısa bir fəaliyyətin olub olmadığını, risklərin azalıb-azalmadığını müəyyən etməyi təmin edir".
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FNC BOKT maliyyə vəziyyətini açıqlayıb
-
Azərbaycana Amerikadan turist axını 4 %-dən çox artıb
-
Makqreqor beş ayda 12 dəfə dopinq testindən keçib
-
"Neo" BOKT ötən ili zərərlə başa vurub
-
Litva xarici işlər naziri məlumat sızmasının qurbanı olub
-
Yaponiya və Cənubi Koreya 9 illik fasilədən sonra dəniz təlimlərini bərpa edəcəklər













