Azərbaycanın 79 şəhərindən 67-nin Baş planı təsdiq olunub
Far.Az xəbər saytı

Azərbaycanın 79 şəhərindən 67-nin Baş planı təsdiq olunub


Azərbaycanın 79 şəhərindən 67-nin Baş planı hazırlanaraq təsdiq olunub.

"Far.Az" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin birinci müavini Namiq Hümmətov "Təməl" memarlıq müsabiqəsinin mükafatlandırma mərasimində deyib.

Onun sözlərinə görə, qalan şəhərlərin Baş planlarının yenilənməsi üzrə işlər davam etdirilir:

"Qarabağ və Şərqi Zəngəzur regionunda yerləşən 12 şəhərdən 8-nin Baş planı artıq təsdiqlənib. Təsdiq olunan hər bir Baş plan, tətbiq edilən hər bir innovativ alət və reallaşdırılan hər bir layihə gələcək nəsillər üçün daha təhlükəsiz, rahat və insanmərkəzli yaşayış mühitinin möhkəm təməlini qoyub".

N.Hümmətov bildirib ki, 2025-ci il ərzində 7 Baş plan daxil, habelə 363 şəhərsalma əsaslandırılması təsdiq olunub:

"Göytəpə, Laçın, Qovlar, Qubadlı, Liman, Astara və Xudat şəhərlərinin, Qarabağ və Şərqi Zəngəzurda 18 yaşayış məntəqəsi üzrə ərazi sənədləri təsdiqlənib. Eyni zamanda, Gəncənin Baş planı son mərhələyə çatdırılıb və təsdiq olunması üçün bu il artıq Nazirlər Kabinetinə təqdim edilib. Həmçinin Xocalının planı üzrə razılaşdırma işləri davam edir".

Oxşar xəbərlər

Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Gəncənin ballistik raket atəşinə tutulması əmrinin Ermənistan rəhbərliyi tərəfindən növbəti dəfə təsdiqlənib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
"Təməl" Memarlıq Mükafatının  təqdimetmə mərasimi keçirilib - YENİLƏNİB
"Şəhər İçində Şəhər" – Gəncə Park City: Gəncənin yeni nəfəsi, gələcəyin şəhəri

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər