Azərbaycan və Omanın XİN rəhbərləri bölgədəki son hərbi eskalasiyadan narahatlıqlarını ifadə ediblər
Far.Az xəbər saytı

Azərbaycan və Omanın XİN rəhbərləri bölgədəki son hərbi eskalasiyadan narahatlıqlarını ifadə ediblər


1 mart 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Oman Sultanlığının xarici işlər naziri Sayid Bədr ibn Həməd ibn Hammud Albusəidi arasında telefon danışığı aparılıb.

Azərbaycanın Xarici İşlər Nazirliyindən "Report"a bildirilib ki, telefon danışığı zamanı regionda hərbi eskalasiya və artan gərginliklə bağlı fikir mübadiləsi aparılıb.

Nazirlər bölgədəki son hərbi eskalasiyadan dərin narahatlıqlarını ifadə ediblər və vəziyyətin daha da kəskinləşməsinin regional təhlükəsizlik və sabitliyə ciddi təhdid yaratdığını vurğulayıblar.

Deeskalasiyanın zəruri olduğu və danışıqlar prosesinin bərpa edilməsi istiqamətində diplomatik səylərin artırılmasının əhəmiyyəti diqqətə çatdırılıb.

Bununla yanaşı, mülki əhalinin və infrastrukturun mühafizəsinin zəruriliyi vurğulanıb.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Leyla Əliyeva Maskatda Oman Milli Muzeyində və Mutrah bazarında olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər