Fariz Cəfərov: "Beynəlxalq texnoloji şirkətləri ölkəmizə gətirmək lazımdır"
Azərbaycanda "Sənaye 4.0" tətbiq etmək üçün beynəlxalq texnoloji şirkətləri ölkəmizə gətirmək lazımdır.
"Far.Az" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov Bakıda keçirilən "Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar" adlı forumda bildirib.
Onun sözlərinə görə, "Sənaye 4.0" yalnız texnologiyanı tətbiq etməklə yekunlaşmır: "Bu, böyük bir ekosistemdir. Həm beynəlxalq texnoloji şirkətləri ölkəmizə gətirmək, həm də universitetlərlə sənaye arasında iş birliyini təmin etmək, eyni zamanda xüsusi təlim proqramları hazırlamaq lazımdır".
"4SİM olaraq bizim işimiz sadəcə koordinasiyanı təmin etmək və bütün maraqlı tərəfləri bir araya gətirməkdir. Beləliklə, "Sənaye 4.0" mərkəzi yaxın vaxtlarda vahid "Center of Excellence" dediyimiz innovasiya mərkəzi olaraq, yeni nəsil texnologiya mərkəzi olaraq bütün şirkətlərimiz üçün bir nöqtədən əlçatanlığı təmin edəcək. Həm onlar üçün startap həlləri təqdim olunacaq, həm də dünyanın ən qabaqcıl texnologiya şirkətlərinin həlləri onlar üçün təqdim olunacaq və birgə əməkdaşlıq çərçivəsində eyni zamanda təcrübə mübadiləsi proqramları həyata keçiriləcək", - deyə F.Cəfərov əlavə edib.
Oxşar xəbərlər
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
HUAWEI MatePad Pro 12.2 2025 - Yeni Nəsil Premium Planşet
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FNC BOKT maliyyə vəziyyətini açıqlayıb
-
Azərbaycana Amerikadan turist axını 4 %-dən çox artıb
-
Makqreqor beş ayda 12 dəfə dopinq testindən keçib
-
"Neo" BOKT ötən ili zərərlə başa vurub
-
Litva xarici işlər naziri məlumat sızmasının qurbanı olub
-
Yaponiya və Cənubi Koreya 9 illik fasilədən sonra dəniz təlimlərini bərpa edəcəklər













