67 yaşlı atlet: Gələn il beynəlxalq Xankəndi marafonunda nəticəmi təzələməyə çalışacağam
Far.Az xəbər saytı

67 yaşlı atlet: Gələn il beynəlxalq Xankəndi marafonunda nəticəmi təzələməyə çalışacağam


Gələn il beynəlxalq Xankəndi marafonunda nəticəmi təzələməyə çalışacağam.

Bu fikirləri III Beynəlxalq Xankəndi Ultramarafonunun 67 yaşlı iştirakçısı Loğman Məmmədov "Far.Az"un Xankəndinə ezam olunan əməkdaşına müsahibəsində səsləndirib.

L.Məmmədov Xankəndi Ultramarafonunun ən yaşlı iştirakçılarından biridir. O, bildirib ki, yarışa qatıldığı üçün özünü xoşbəxt hiss edir: "Zəfər" marafon klubunun üzvüyəm. Marafona ciddi hazırlaşmışdım. Açığını deyim ki, bəlkə də bacarmaram deyə çox həyəcanlıydım".

L.Məmmədov etiraf edib ki, bəzən yorulub, amma ruhdan düşməyib: "Məntəqələr arası məsafədə uzaq olduğu üçün, bəzən çox yorulurdum. Çox sevindirəm ki, marafonu başa vurdum. Yaşımın çox olmasına baxmayaraq gələn il bu nəticəmi təzələməyə çalışacağam. Nəticə əldə edəcəyimə inanıram".

Oxşar xəbərlər

III Beynəlxalq Xankəndi Ultramarafonunun üçüncü mərhələsinə yekun vurulub
Bakıda Zəfər muzeyinin açılışı olub
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
Din xadimləri Xankəndidə Zəfər parkı və Zəfər meydanını ziyarət ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər