Tramp İranın raket potensialının əhəmiyyətli hissəsinin məhv edildiyini bildirib
ABŞ lideri Donald Tramp İsrail ilə birgə keçirilən əməliyyat zamanı İranın raket potensialının böyük hissəsinin məhv edildiyini bəyan edib.
"Far.Az"un məlumatına görə, prezident Ağ Evdə çıxışı zamanı əməliyyatın gedişatı barədə danışıb.
"Raketlər artıq yoxdur. Buraxılış qurğuları artıq yoxdur. Müvafiq olaraq onların təxminən 10 % və 64 %-i məhv edilib", - deyə Tramp bildirib və əlavə edib ki, indiyədək İran Hərbi Dəniz Qüvvələrinə məxsus 24 gəmi sıradan çıxarılıb.
Onun sözlərinə görə, Vaşinqton döyüş əməliyyatlarını davam etdirməyə Tehrandan daha çox meyillidir:
"Onlar deyirlər: "Biz necə saziş bağlaya bilərik?" Mən isə dedim: "Siz bir az gecikmisiniz".
ABŞ Prezidenti həmçinin qeyd edib ki, İrana qarşı əməliyyat uzunmüddətli perspektivdə Yaxın Şərqdə sabitliyin əhəmiyyətli dərəcədə möhkəmlənməsinə gətirib çıxaracaq:
"Gördüyümüz tədbirlər uzunmüddətli perspektivdə [Yaxın Şərq] regionunun sabitliyini, həmçinin neft qiymətlərini, fond bazarını və qalan hər şeyi dramatik şəkildə gücləndirəcək", - deyə Donald Tramp vurğulayıb.
Bundan əvvəl Ağ Ev rəhbəri "ABC News" telekanalına müsahibəsində İranın bərpası üçün təxminən 10 il vaxt lazım olacağını bildirmişdi.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibə verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub olub - Yenilənib-8
-
Avropa gələn il Ukraynaya 45 milyard avro kredit verəcək
-
1Password parol idarəetmə platforması kiberhücuma məruz qalıb
-
"Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir?
-
Rahim Sterlinqin cəzası məlum oldu
-
Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər













