DİN: Ən geniş yayılmış dələduzluq üsullarından biri süni intellektlə səsin təqlididir
Hazırda Azərbaycanda ən geniş yayılmış dələduzluq üsullarından biri süni intellekt vasitəsilə səs təqlididir.
"Far.Az" xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin şöbə rəisi Ramil Əşrəfov Bakıda keçirilən "Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri" adlı forumda bildirib.
"Bu prosesdə dələduzlar əvvəlcə hədəf seçdikləri vətəndaşın özünə zəng edərək onun səsini yazır və yaxud sosial şəbəkələrdə paylaşılmış video görüntülərdən səs nümunələri əldə edirlər. Daha sonra xüsusi süni intellekt proqramları vasitəsilə həmin şəxsin səsi təqlid edilir. Cinayətkarlar bu saxta səsli proqramlardan istifadə edərək vətəndaşın yaxın qohumlarına zəng edirlər. Nəticədə, zəngi qəbul edən şəxs danışanın həqiqətən öz doğması və yaxud tanışı olduğunu düşünərək tələb olunan vəsaiti dələduzların hesabına köçürür və cinayət baş vermiş sayılır", - deyə o qeyd edib.
Şöbə rəisinin sözlərinə görə, digər təhlükəli üsul elektron poçt ünvanlarının saxtalaşdırılmasıdır: "Dələduzlar müxtəlif şirkətlərin, dövlət qurumlarının və yaxud müəyyən şəxslərin elektron poçt ünvanlarına vizual olaraq çox bənzəyən saxta ünvanlar yaradırlar. Bu ünvanlardan göndərilən məktublar rəsmi sənəd təsiri bağışlayır. Məktubun mətnində adətən invoys (invoice), ödəniş tapşırığı və ya bank rekvizitlərinin dəyişdirilməsi barədə saxta məlumatlar yer alır. Şirkət rəhbərləri və yaxud məsul şəxslər bu "mail"lərin rəsmi olduğuna inanaraq ödənişləri dələduzların təqdim etdiyi yeni bank rekvizitlərinə yönləndirirlər. Beləliklə, pul vəsaitləri birbaşa cinayətkarların nəzarətində olan hesablara daxil olur və mənimsənilir".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Dələduzlar qızdan görün necə pul almağa çalışdılar - Heç kimin ağlına gəlməzdi...
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda güclü külək bir sıra fəsadlar törədib, 15-ə yaxın irigövdəli ağac aşıb
-
Kənan Nəsibov: "2028-ci il Los-Anceles olimpiadasında Azərbaycana medal gətirəcəyəm"
-
FT: ABŞ Rusiyanın neft zavodlarına zərbələrə görə Ukraynanı məlumat ötürməməklə hədələyib
-
Tramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb
-
Azərbaycan Premyer Liqası: "Zirə" evdə "Şamaxı" ilə heç-heçə edib
-
Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb













