FHN yanacaqdoldurma məntəqəsində pozuntu aşkar edib
Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir.
Far.Az nazirliyə istinadən xəbər verir ki, bu çərçivədə, Agentliyin müfəttişləri tərəfindən Bakı şəhəri, Sabunçu rayonu ərazisində fəaliyyət göstərən çoxnövlü yanacaqdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb. Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yaradan pozuntu aşkarlanıb.
Belə ki, yanacaqdoldurma məntəqəsində istismar olunan sıxılmış təbii qaz qurğu kompleksinə aid qaz balonlarının və qurutma qurğusunun tutumlarının növbəti texniki yoxlamasının aparılmadığı müəyyən edilib.
Aşkar olunan pozuntunun dərhal aradan qaldırılmasının mümkün olmadığı, həmçinin insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, məntəqənin sıxılmış təbii qaz qurğu kompleksinin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntunun aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi obyektin cavabdeh şəxsinə təqdim edilib.
Bununla yanaşı, texniki təhlükəsizliklə bağlı obyektin cavabdeh şəxsi ilə profilaktik söhbət aparılıb, aşkarlanmış pozuntunun aradan qaldırılması üçün müvafiq tövsiyələr verilib.
Qalereya
Oxşar xəbərlər
Sabunçuda yanacaqdoldurma məntəqəsində təhlükə yaradan pozuntu aşkarlanıb
Yasamaldakı yanacaqdoldurma məntəqəsində pozuntu aşkarlanıb
FHN maye qazdoldurma məntəqəsinin istismarını dayandırıb
Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
Qanunsuz işləyən maye qazdoldurma məntəqəsinin istismarı FHN tərəfindən dayandırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Fars": İranın ABŞ-yə ötürdüyü yeni razılaşma mətni "aydın yol xəritəsi"ni ehtiva edir
-
Gəncə-Daşkəsən yolunda qəza baş verib, xəsarət alanlar var
-
Vaşinqtonla Tehran arasında münaqişə yenidən alovlana bilər - İran rəsmisi AÇIQLADI
-
İran ABŞ ilə sülh planını Pakistana təqdim edib
-
Hindistan yükü daşıyan tanker Hörmüz boğazını keçib
-
Tovuzda 73 yaşlı kişi faciəli şəkildə öldü













