Türkiyə PA: İsrailin Məscidül-Əqsada ibadətə mane olması qəbuledilməzdir
Far.Az xəbər saytı

Türkiyə PA: İsrailin Məscidül-Əqsada ibadətə mane olması qəbuledilməzdir


Türkiyə İsrailin Məscidül-Əqsada ibadətə mane olma cəhdini qəbuledilməz adlandırıb.

"Far.Az" xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Bu, təkcə müsəlmanlara deyil, bütün bəşəriyyətə qarşı hörmətsizlik və beynəlxalq hüququn pozulmasıdır",- o bildirib və əlavə edib ki, İsrailin Livana qarşı başlatdığı quru əməliyyatı isə bölgədəki gərginliyi artırır və Livanın suverenliyi, ərazi bütövlüyünü hədəf alır:

"Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyində Türkiyə olaraq, müqəddəs məkanlara, Livanın suverenliyi, ərazi bütövlüyü və regional sabitliyin pozulmasına yönəlmiş hər cür hücumun qarşısında dayanmağa davam edəcəyik".

Oxşar xəbərlər

Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər