Gürcüstanda "Kəşfiyyat orqanı haqqında" Qanuna dəyişikliklər hazırlanır
Gürcüstanda "Kəşfiyyat orqanı haqqında" Qanuna dəyişikliklər hazırlanır.
"Far.Az"un yerli bürosu xəbər verir ki, qanuna bir sıra dəyişikliklərin edilməsi nəzərdə tutulur. Müvafiq qanun layihəsinin parlamentdə müzakirəsinə sabah başlanılacaq və sənəd ilk olaraq Müdafiə Komitəsində birinci oxunuşda nəzərdən keçiriləcək.
Layihəyə əsasən, kəşfiyyat orqanı rəhbərinin birbaşa həyata keçirdiyi səlahiyyətlərlə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri ilə razılaşdırılaraq icra olunan səlahiyyətlərin daha dəqiq şəkildə ayrılması və aydınlaşdırılması planlaşdırılır.
Qanun layihəsində qeyd olunur ki, kəşfiyyat orqanının əməliyyat və analitik bölmələrində rəhbər vəzifələrə – şöbə müdiri və daha yüksək postlara təyinat üçün tələb olunan iş təcrübəsi azaldılacaq. Belə ki, hazırda tələb olunan iki il əvəzinə eyni profil üzrə bir illik iş təcrübəsi kifayət hesab ediləcək.
Oxşar xəbərlər
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













