Ermənistan Omanda səfirlik açır
Far.Az xəbər saytı

Ermənistan Omanda səfirlik açır


Ermənistan Oman Sultanlığında səfirlik açır.

"Far.Az"un məlumatına görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ani Badalyan "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

A.Badalyanın sözlərinə görə, martın 17-19-da XİN rəhbəri Ararat Mirzoyan Sultanlığa səfər edəcək.

Səfər çərçivəsində nazir omanlı həmkarı Səid Bədr ibn Həməd ibn Həmud Əl-Busaidi ilə görüşəcək.

"Omanın paytaxtı Maskatda Ermənistanın səfirliyinin rəsmi açılışı olacaq. Həmçinin, ərəb ölkələrində akkreditə olunmuş səfirlərin toplantısının keçirilməsi planlaşdırılır", - A.Badalyan qeyd edib.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Omanda səfərdədir
Leyla Əliyeva Maskatda Oman Milli Muzeyində və Mutrah bazarında olub
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
Omanın XİN rəhbəri İran məsələsində əhəmiyyətli irəliləyişlərə ümid edir
Müxtəlif ölkələrin rəsmiləri, qurumları və beynəlxalq təşkilatlar İranın Naxçıvana dron hücumunu pisləyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər