Marta Kos: Aİ Ermənistana islahatlar üçün 140 milyon avro ayırır
Far.Az xəbər saytı

Marta Kos: Aİ Ermənistana islahatlar üçün 140 milyon avro ayırır


Avropa İttifaqı (Aİ) və Ermənistan Aİ-nin "Davamlılıq və inkişaf" proqramı çərçivəsində 2025-2027-ci illər üçün maliyyələşdirmə sazişi imzalayıb, bu saziş İrəvana 140 milyon avro ayrılmasını nəzərdə tutur.

"Report" yerli KİV-lərə istinadən xəbər verir ki, bunu Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos bu gün İrəvanda Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryanla birgə mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə, bu vəsaitlər viza rejiminin liberallaşdırılması üçün zəruri olan islahatların həyata keçirilməsinə kömək edəcək.

M.Kos Ermənistanın Cənubi Qafqazda Aİ-nin etibarlı tərəfdaşı olduğunu vurğulayaraq, geosiyasi gərginlik fonunda regionun artan əhəmiyyətini qeyd edib.

O, həmçinin Ermənistanda qarşıdakı parlament seçkiləri mövzusuna toxunaraq, bu ilin Ermənistan demokratiyası üçün həlledici əhəmiyyət daşıdığını vurğulayıb: "Biz (Avropa İttifaqı - red.) hibrid təhdidlərə qarşı mübarizədə və dezinformasiya ilə mübarizədə Ermənistana kömək edəcəyik".

M.Kos Ermənistan və Azərbaycanın sülh prosesi çərçivəsində atdığı addımları alqışlayıb, regional əlaqələrin inkişafının vacibliyini vurğulayıb.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər