ABŞ Yaxın Şərqdə hərbçilərinin sayını artırıb
Far.Az xəbər saytı

ABŞ Yaxın Şərqdə hərbçilərinin sayını artırıb


Göyərtəsində təxminən 3 500 dənizçi və dəniz piyadası olan Amerikanın "USS Tripoli" desant gəmisi ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) Yaxın Şərqdəki məsuliyyət zonasına çatıb.

"Report" xəbər verir ki, bu barədə komandanlığın bəyanatında bildirilir.

Məlumata görə, "America" sinifli gəmi ABŞ dəniz piyadalarının 31-ci ekspedisiya bölməsinin tərkibində fəaliyyət göstərən "Tripoli" desant hazırlığı qrupunun flaqmanıdır.

Qeyd olunub ki, "USS Tripoli"nin göyərtəsində nəqliyyat və zərbə təyyarələri, eləcə də desant-hücum və digər taktiki vasitələr yerləşdirilib.

Daha əvvəl "USS Tripoli"nin Yaxın Şərqə göndərildiyi bildirilib.

Oxşar xəbərlər

Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
FHN SOCAR-ınzavodunda yanğın-taktiki təlim keçirib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər