İcma: Fransanın dayaz və bəsit cəhdlərə əl atması onun mövqeyinin nə qədər zəif olduğunu göstərir
Qərbi Azərbaycan İcması Fransanın Azərbaycanın imicini ləkələmək məqsədilə COP29-un keçirilməsinə az qalmış daha da gücləndirdiyi əbəs səyləri qınayır.
"Report" xəbər verir ki, bu barədə İcmanın bəyanatında deyilir.
"Düçar olduğu uğursuzluqlardan getdikcə daha da ümidsizləşən Fransa ucuz təxribatlara əl atmaqdadır. Son olaraq, Bordo şəhərinin merinin müavini Loran Qiyominin COP29-a qatılmaq bəhanəsi ilə elektrik velosipedi ilə Avropa səyahəti şousu belə bir təxribat nümunəsidir. Bu, ötən il Fransa şəhərlərinin merlərinin Laçın keçidi ətrafında qurduqları ucuz şounun davamıdır. Fransanın bu cür dayaz və bəsit cəhdlərə əl atması onun mövqeyinin nə qədər zəif və haqsız olduğunu göstərir", - bəyanatda qeyd edilir.
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti bu cür ucuz şoulara inanmamağa və Azərbaycanın iqlim dəyişikliyi ilə bağlı qlobal çağırışların həllində önəmli rol oynadığı bir dövrdə ölkəmizə dəstək verməyə çağırır.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
Bəzi Qərb dairələri iqlim siyasətini beynəlxalq münasibətlərdə strateji alət olaraq istifadə edir - RƏY
XİN başçısı BMT BA-nın 79-cu sessiyasında çıxış edib - YENİLƏNİB
Qərbi Azərbaycan Xronikası: Deportasiya olunan soydaşlarımız Azərbaycanın 58 bölgəsində məskunlaşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
Qızılın qiyməti ötən ilin sentyabrından sonra ilk dəfə 3 650 dollardan aşağı düşüb
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Uitkoff Berlində Avropa liderləri ilə görüşü məhsuldar adlandırıb
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub













