Rumıniya XİN Qalatsa PUA düşməsi ilə əlaqədar Rusiya səfirini çağırıb
Rumıniya Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın Buxarestdəki səfiri Vladimir Lipayevi Qalats şəhərində pilotsuz uçuş aparatının (PUA) düşməsi ilə əlaqədar çağırıb.
"Report" xəbər verir ki, bu barədə Rumıniya mediası ölkənin XİN-nə istinadən məlumat yayıb.
Məlumata görə, PUA Ukraynanın mülki infrastrukturuna hücumlar zamanı istifadə edilib və Rumıniyanın hava məkanını pozub.
XİN baş verənləri beynəlxalq hüququn əsas prinsiplərini pozan və əhalini təhlükə altına atan "məsuliyyətsiz və təxribatçı akt" adlandırıb.
"Rusiya Federasiyası növbəti məsuliyyətsiz hərəkəti ilə Rumıniyanın hava məkanının suverenliyini pozub", - Nazirlikdən bildirilib.
Eyni zamanda, Daxili İşlər Nazirliyi hadisə yerində aparılan yoxlamadan sonra PUA-da partlayıcı qurğunun ola biləcəyinə dair şübhələrin yarandığını bildirib.
Qeyd edək ki, daha əvvəl Rumıniya ərazisinə daxil olan PUA-nın qalıqlarının Qalats şəhərində elektrik dirəyinə və yaşayış evinin bir hissəsinə ziyan vurduğu bildirilmişdi.
Oxşar xəbərlər
Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
Tullantı sutəmizləyici qurğunun tikinti ərazisinə mediatur təşkil olunub
İlham Əliyev Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Xankəndidə şəhərdaxili avtobus marşrutları fəaliyyətə başlayır
-
Xankəndidə "Yaradan" sənədli filminin təqdimatı keçirilib
-
PFL prezidenti Elxan Səmədov növbəti dəfə əməliyyat olunub
-
Azərbaycan güləşçisi İslam Bazarqanov Avropa çempionatında finala yüksəlib
-
Vətəndaş Qəbulu Mərkəzində 2026-cı ilin may ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb
-
Gəncədə qonşular arasında dava - Bıçaqlanan var













