Bakı metrosu: "Həzi Aslanov" stansiyasında qrunt suları və yağıntıların təsiri nəzarət altındadır
Far.Az xəbər saytı

Bakı metrosu: "Həzi Aslanov" stansiyasında qrunt suları və yağıntıların təsiri nəzarət altındadır


"Bakı Metropoliteni" QSC "Həzi Aslanov" stansiyasının divarının yararsız vəziyyətdə olması ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumatlara münasibətini bildirib.

Səhmdar cəmiyyətindən "Report"un sorğusuna cavab olaraq qeyd edilib ki, stansiya 1981–1987-ci illərdə mürəkkəb mühəndis-geoloji və hidrogeoloji şəraitə malik ərazidə inşa edilib.

Sonrakı dövrlərdə tikinti prosesində fasilələr və ərazidə hidrogeoloji vəziyyətin dəyişməsi, eləcə də qrunt sularının təsiri stansiya infrastrukturunda müəyyən aşınmalara səbəb olub.

Bununla yanaşı, stansiya daim nəzarətdə saxlanılır, mütəmadi texniki baxış və qulluq işləri aparılır. Qrunt suları və yağıntıların təsiri nəzarət altındadır, təhlükəsiz istismar tam təmin olunur.

Oxşar xəbərlər

İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB
Zaur Mikayılov: "Dövlət Proqramının real nəticələrini insanlar 2029-cu ildən hiss edəcəklər"
Zaur Mikayılov: "Dövlət Proqramının real nəticələrini insanlar 2029-cu ildən hiss edəcəklər" - MÜSAHİBƏ
Yasamalda bina təhlükə altındadır: Sakinlər ölüm qorxusu ilə yaşayırlar
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər