Məhkəmə müştərinin borcunu qohumlara açıqlayan bankı cəzalandırdı
Far.Az xəbər saytı

Məhkəmə müştərinin borcunu qohumlara açıqlayan bankı cəzalandırdı


Bakıda məhkəmə gecikmiş kreditə görə qohumlara edilən zəngi bank sirrinin pozulması kimi qiymətləndirərək bankı cəzalandırıb. Nərimanov Rayon Məhkəməsi bank sirrinin pozulması ilə bağlı iddianı təmin edib.

Far.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, qətnaməyə əsasən, bank müştərinin hüquqlarını pozduğuna görə ona mənəvi zərərin əvəzi kimi kompensasiya ödəməlidir. İş materiallarına görə, bank tərəfindən müştərinin gecikmiş kredit borcu ilə bağlı məlumatlar onun razılığı olmadan qohumlarına ötürülüb.

Məhkəmə hesab edib ki, şəxsin bankda gecikmiş kreditinin olması bank sirri olmaqla yanaşı, həm də onun şəxsi həyatına aid məlumatdır və bu məlumatlar müştərinin razılığı olmadan üçüncü şəxslərə açıqlana bilməz.

Qeyd olunub ki, borc barədə digər şəxslərə məlumat verilməsi bank sirrinin və şəxsi həyat sirrinin yayılması, həmçinin şəxsi həyatın toxunulmazlığı hüququnun pozulması kimi qiymətləndirilməlidir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Daş Salnamə Muzeyində "Suyun sirri" pantomim tamaşası təqdim olunub
SOCAR-ın dəstəyi ilə hazırlanmış "Qara qızılın sirri" adlı kitabın təqdimatı keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər