BMT rəsmisi: İqlim dəyişikliyi qadınların suya çıxışına daha çox təsir göstərir
Far.Az xəbər saytı

BMT rəsmisi: İqlim dəyişikliyi qadınların suya çıxışına daha çox təsir göstərir


Dünyada qadınların 43%-i kənd təsərrüfatında fəaliyyət göstərir.

Far.Az" xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin səlahiyyətlərini müvəqqəti icra edən Nasar Hayat ADA Universitetində "Su və gender bərabərliyi" mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, bu gün iqlim dəyişikliyi səbəbindən su ekosistemi çox təsirlənib: "Heç də təəccüblü deyil ki, qadınlar daha çox su resurslarına ehtiyac duyurlar. Bu problem qadınların həyatına, işlərinə, suya çıxışına daha çox təsir göstərir. Bu gün qadınların su problemlərinin həlli istiqamətində iştirakı çox zəifdir".

N.Hayat su resurslarının idarə edilməsi ilə bağlı məsələlərdə qadınların da iştirakının artırılması üçün çağırış edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
BMT-də COP29-la bağlı yerli və xarici QHT-lərin birgə tədbiri keçirilib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
XİN başçısı BMT BA-nın 79-cu sessiyasında çıxış edib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər