"Çelsi" Xabi Alonso ilə danışıqlara başlayıb
Far.Az xəbər saytı

"Çelsi" Xabi Alonso ilə danışıqlara başlayıb


"Çelsi" rəhbərliyi ispaniyalı mütəxəssis Xabi Alonso ilə danışıqlara başlayıb.

"Far.Az" insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, London klubu yeni baş məşqçi axtarışlarını fəal şəkildə davam etdirir və onun adını dünya çempionatı başlamazdan əvvəl açıqlamağı planlaşdırır.

"Zadəganlar"ın namizədlər siyahısında X.Alonso ilə yanaşı, "Bornmut"un baş məşqçisi Andoni Iraola, "Kristal Pelas"dan Oliver Qlasner və "Fulhem"dən Marku Silva da var.

X.Alonsonun son iş yeri "Real" olub. O, Madrid təmsilçisinə 2025-ci ilin iyunundan 2026-cı il yanvarın 12-dək rəhbərlik edib.

Qeyd edək ki, "Çelsi" İngiltərə Premyer Liqasında 36 turdan sonra 49 xalla doqquzuncu pillədə qərarlaşıb. London klubu apreldə baş məşqçi Liam Rosenyoru istefaya göndərib, hazırda bu vəzifəni müvəqqəti olaraq Kalum Makfarleyn icra edir.

Oxşar xəbərlər

Baku TV-nin "Rəqəmsal Media Məktəbi"ndə doqquzuncu qrup məzunlarına sertifikatlar təqdim olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
"Bornmut"un baş məşqçisi Andoni İraola klubdan ayrılmağı planlaşdırır
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər