Bölgələrdə samovar çayının qiyməti 50 manata yüksəldi
Far.Az xəbər saytı

Bölgələrdə samovar çayının qiyməti 50 manata yüksəldi


Mövsüm başladı, qiymətlər artdı.

BAKU.WS Xezerxeber.az-a istinadla xəbər verir ki, İsmayıllı rayonunda turizm mövsümünün başlaması ilə istirahət və xidmət sahələrində qiymət artımı müşahidə olunur.

Xüsusilə meşə ərazilərində fəaliyyət göstərən kafe və istirahət mərkəzlərində samovar çayı xeyli baha qiymətə təklif olunur. Bəzi yerlərdə qiymət hətta 50 manata çatır.

Bununla yanaşı, rayonda kirayə verilən fərdi evlərin və kotteclərin qiymətlərində də artım müşahidə olunur. Ev sahibləri bildirirlər ki, qiymətlər evlərin şəraiti, otaq sayı və təqdim olunan xidmətlərə uyğun olaraq müəyyən edilir.

Ev sahiblərinin sözlərinə görə, rayona gələn turistlərin sayının artması da qiymətlərə təsir göstərən əsas amillərdən biridir. Ümumilikdə, bölgədə turizm axınının artması qiymətlərin formalaşmasına birbaşa təsir göstərir və bu tendensiyanın davam edəcəyi gözlənilir.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
"Sabah" Azərbaycan Kubokunun 2025/2026 mövsümünün qalibi olub - YENİLƏNİB-6
Bu ölkədə seldən ölənlərin sayı 64-ə yüksəldi
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər