İstanbulda “Son mənzili İstanbul olan azərbaycanlılar” kitabının təqdimatı keçirilib
Türkiyənin İstanbul şəhərində Azərbaycan mühacirət tarixinin tədqiqatçısı Dilqəm Əhmədin “Son mənzili İstanbul olan azərbaycanlılar” kitabının təqdimatı keçirilib.
"Report"un yerli bürosu xəbər verir ki, Azərbaycanın İstanbuldakı Baş konsulluğu tərəfindən təşkil olunan tədbirdə çıxış edən baş konsul Nərminə Mustafayeva, Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Türkiyə parlamentinin müşahidə missiyasının rəhbəri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Türkiyə Araşdırmalar İnstitutunun nümayəndəsi Mehdi Gəncəli, Fətəli xan Xoyskinin qardaşı nəvəsi Kərim Mehmedzadə, professor İbrahim Yıldırım və digərləri 1918-ci ildən sonra Azərbaycanı tərk etmək məcburiyyəti qarşısında qalan həmvətənlərimizin ağır həyat yolu haqqında danışıblar.
Bildirilib ki, kitab Azərbaycanın mühacir həyatı yaşayan görkəmli şəxsiyyətlərinin irsinin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Apardığı araşdırmalar nəticəsində İstanbulun fərqli qəbiristanlıqlarında Azərbaycanın çox sayda görkəmli şəxsiyyətinin məzarlarının olduğunu müəyyən edən Dilqəm Əhməd məhz bu məzarlar əsasında hazırlanan kitabında 60-dan çox şəxs haqqında məlumat verib.
Kitab XX əsrin əvvəllərində Türkiyəyə köç etmiş və ömrünün sonunadək Vətənimizin istiqlalı amalına sadiq qalmış, bu yolda yorulmadan mübarizə aparan azərbaycanlı mühacirlərin xatirəsinə həsr edilib.
Oxşar xəbərlər
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident TBMM-nin nümayəndə heyətini qəbul edib - YENİLƏNİB
Varis: Bu gün əlinə qələm alan jurnalistikaya və ədəbiyyata gəlir - MÜSAHİBƏ
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
Qızılın qiyməti ötən ilin sentyabrından sonra ilk dəfə 3 650 dollardan aşağı düşüb
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Uitkoff Berlində Avropa liderləri ilə görüşü məhsuldar adlandırıb
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub













