Nyu Yorkda Azərbaycan bayrağı qaldırılıb
18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə ABŞ-nin Nyu York şəhərində Azərbaycanın dövlət bayrağı ucaldılıb.
"Far.Az"un ABŞ bürosu xəbər verir ki, dövlət bayrağı Nyu York şəhərinin simvolu və maliyyə mərkəzi hesab olunan, turistlərin ən çox ziyarət etdiyi küçələrdən birində - "Wall Street"də yerləşən "Bowling Green" parkında asılıb.
Layihə Azərbaycan Nyu York Assosiasiyasının vitse-prezidenti Zəminə Mirhadıyevanın təşkilatçılığı ilə həyata keçirilib. Mərasimdə Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev və Nyu Yorkda yaşayan həmvətənlərimiz, diaspor aktivləri iştirak ediblər.
Azərbaycan və ABŞ bayraqları səmada birlikdə dalğalanıb.
Y.Əliyev çıxışında Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Azərbaycan bayrağı 10 gün ərzində ərazidə dalğalanacaq.
Qeyd edək ki, əvvəlki illərdə də Azərbaycanla bağlı bir çox tarixi günlərdə üçrəngli bayraq Nyu York səmalarını bəzəyib. "Bowling Green" Nyu Yorkun ilk rəsmi parkıdır və nəhəng bayraq meydanı kimi tanınır.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Şuşanın Bayraq Meydanında Zəfər muzeyi inşa ediləcək
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Mehriban Əliyeva - Azərbaycan humanizminin simvolu - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
Qızılın qiyməti ötən ilin sentyabrından sonra ilk dəfə 3 650 dollardan aşağı düşüb
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Uitkoff Berlində Avropa liderləri ilə görüşü məhsuldar adlandırıb
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub













