Azərbaycan cüdoçuları Avropa Kubokunun son günündə dörd medal qazanıblar
Far.Az xəbər saytı

Azərbaycan cüdoçuları Avropa Kubokunun son günündə dörd medal qazanıblar


Avstriyanın Qrats şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa Kuboku başa çatıb. Azərbaycan millisi yarışın son günündə daha 4 medal qazanıb.

Azərbaycan Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, 90 kq çəki dərəcəsində mübarizə aparan Süleyman Şükürov bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıb.

Cüdoçumuz finala gedən yolda Rumıniya, Qazaxıstan, Gürcüstan, Macarıstan və Almaniya təmsilçilərini məğlub edib.

Süleyman həlledici görüşdə Braziliya idmançısı Joao Pedro Kanelyonu yuko xalı ilə üstələyərək çempion olub. Roman Qarayev (81 kq), Aslan Kotsoyev (90 kq) və Ramazan Əhmədov (+100 kq) isə turniri bürünc medalla başa vurublar.

Qeyd edək ki, yarışın ilk günündə Məhəmməd Musayev (66 kq) qızıl medal qazanmışdı. Beləliklə, Avropa Kubokunu 2 qızıl və 3 bürünc medalla tamamlayan Azərbaycan millisi 34 ölkə arasında oğlanların mübarizəsində ikinci, ümumi medal sıralamasında isə üçüncü yeri tutub.

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Azərbaycan Ordusunda Novruz və Ramazan bayramları böyük təntənə ilə qeyd olunub
"Sabah" Azərbaycan Kubokunun 2025/2026 mövsümünün qalibi olub - YENİLƏNİB-6
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər