Fərqli mədəniyyətləri birləşdirən körpü: Qubadakı tarixi abidədən REPORTAJ
Qubada yerləşən unikal quruluşa malik tarixi abidələrdən biri də Tağlı körpüdür. Bu körpü həm də multikultural harmoniya daşıyır.
Far.Az xəbər verir ki bu barədə İTV-nin videomaterialında bildirilib.
Belə ki, çayın bir sahilində müsəlmanlar, digər sahilində isə dağ yəhudiləri yaşayır ki, bu körpü də hər iki xalq arasında olan dostluq və mehribançılıq bağlarını daha da möhkəmləndirir.
Qudyalçay üzərində ucalan körpü Qubanın qədim memarlıq nümunələrindəndir. Tarixçilərin sözlərinə görə, 19-cu əsrdə Quba qəzasında yeddi körpü olub. Amma onlardan yalnız Tağlı körpü günümüzə qədər qorunub saxlanılıb. Əvvəllər taxtadan quraşdırılan bu körpü 1894-cü ildə çay daşından və bişmiş qırmızı kərpicdən yenidən tikilib. Möhkəm təməl üzərində qurulan qurğu iki əsr ərzində bölgənin əsas keçid yollarından biri kimi istifadə olunub.
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Arzu Əliyeva "Harmoniya" sənədli filminin təqdimatında iştirak edib
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Leyla Əliyeva Qubada iftar məclisində iştirak edib
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kolumbiyada prezident seçkiləri keçirilir
-
Baş Şirvan kollektorunda timsah peyda olub?
-
Parisdə PSJ-nin qələbəsindən sonrakı iğtişaşlar zamanı dörd nəfər yaralanıb - YENİLƏNİB
-
AZAL Gəncə - Sankt-Peterburq uçuşlarını bərpa edib
-
Parisdə PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralanıb – YENİLƏNİB -2
-
"Turan Tovuz" avrokuboklara buraxılmaya bilər













