İmişlidə "Muğanda Kino Günləri" çərçivəsində filmlər nümayiş olunacaq
Far.Az xəbər saytı

İmişlidə "Muğanda Kino Günləri" çərçivəsində filmlər nümayiş olunacaq


Azərbaycan Kinematoqrafçılar İttifaqı bölgələrdə film nümayişlərini davam etdirir.

"Far.Az"un Muğan bürosunun məlumatına görə, budəfəki nümayiş "Muğanda Kino Günləri" çərçivəsində sabah İmişli rayonunda olacaq.

Layihə çərçivəsində İmişlidə “Mən burdayam, ilahi” - tammetrajlı bədii film, rejissor Qulu Əsgərov (70 dəqiqə), “Tənha insanın monoloqu” - qısametrajlı bədii film, rejissor Emin Əfəndiyev (45 dəqiqə), “İlkin şəhid” – qısametrajlı sənədli film, rejissor İntiqam Hacılı (17 dəqiqə), “Titrəmə” - qısametrajlı bədii film, rejissor Amil Amal (14 dəqiqə), ”Evsiz qalmış ay” - qısametrajlı sənədli film, rejissor Atanur Nəbiyeva (14 dəqiqə) nümayiş olunacaq.

Qeyd edək ki, layihənin məqsədi Azərbaycan filmlərini geniş ekranlarda yerli tamaşaçılara nümayiş etdirməklə kino həvəskarların son illərdə istehsal olunan, eləcə də, bəzi beynəlxalq kino festivallarda uğurlar qazanan filmləri və rejissorları tanıtmaqdır.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Tələbə adını qazanan şəhid övladları - SİYAHI
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər