ABŞ Konqresi Rusiyaya qarşı sanksiyalar barədə qanun layihəsinin səsverməyə çıxarılmasını dəstəkləyib
ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiyaya qarşı sanksiya təzyiqinin artırılmasını və Ukraynaya dəstəyin genişləndirilməsini nəzərdə tutan qanun layihəsinin səsverməyə çıxarılması ilə bağlı prosedur qərarını dəstəkləyib.
"Report" xəbər verir ki, iclasın gedişi ABŞ parlamentinin aşağı palatasının rəsmi saytında yayımlanıb.
Bu qərarın qəbul edilməsinin lehinə 218 konqresmen səs verib, 204 nəfər isə əleyhinə çıxış edib. Təsdiq üçün 218 səs toplamaq lazım idi. Bu nəticə sayəsində qanunvericilər Nümayəndələr Palatasının spikeri Mayk Consondan (Luizianadan olan respublikaçı) və müvafiq komitələrin rəhbərliyindən yan keçərək qeyd olunan qanun layihəsini səsverməyə çıxarmaq imkanı əldə ediblər.
Konqresin aşağı palatasının Beynəlxalq əlaqələr komitəsinin aparıcı demokratı, bu sənədin əsas tərtibatçılarından biri olan Qreqori Miks qanun layihəsi üzrə səsverməni elə bu həftə keçirmək niyyətində olduqlarını bildirib.
Sənəddə Rusiyaya qarşı mövcud Amerika sanksiyalarının gücləndirilməsinə, eləcə də onların uzun müddətə saxlanılmasının təmin edilməsinə yönəlmiş tədbirlər kompleksi yer alır. Bundan əlavə, qanun layihəsinə Birləşmiş Ştatlar tərəfindən Ukraynaya və bir sıra digər dövlətlərə hərbi yardım göstərilməsi haqqında müddəalar daxil edilib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
AMB süni intellektin idarə olunması üçün metodoloji rəhbərlik hazırlayır
-
WP: FTB rəhbərinin müavini istefa verəcək
-
Hicran Hüseynova: 44 günlük müharibə Azərbaycan analarının verdiyi tərbiyəni göstərdi
-
"Fənərbağça"nın iki futbolçusu "Şaxtyor"la oyunu buraxacaq
-
Tramp ölüm hökmlərinin icrasını sürətləndirmə tapşırığı verib
-
UEFA Çempionlar Liqası: "Qalatasaray" bu gün "Aston Villa"nı qəbul edəcək













