Kuba səfiri: Vaşinqton Havanaya təzyiq üçün sanksiyalardan istifadə edir
ABŞ-nin Kuba rəhbərliyinə qarşı sanksiyaları Donald Tramp administrasiyası tərəfindən bu ölkəyə mümkün hərbi müdaxiləyə haqq qazandırmaq üçün bəhanə kimi istifadə olunur.
"Far.Az"un məlumatına görə, Kubanın ABŞ-dəki səfiri Lianis Torres Rivera bu barədə "Associated Press"ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Vaşinqton Havananın təhlükə doğurması təəssüratını yaratmağa çalışır, lakin Kuba ABŞ üçün heç bir təhlükə yaratmır və qarşıdurmaya can atmır.
"Liderlərimizə qarşı sanksiyaları Amerika xalqının bizim təhlükə yaratdığımızı düşünməsinə səbəb olmaq üçün bəhanə kimi görürük. Biz ABŞ üçün təhlükə deyilik və qarşıdurma istəmirik", - diplomat deyib.
L.T.Rivera Kubaya qarşı mövcud məhdudiyyətləri "bombasız müharibə" adlandıraraq, bunların enerji təchizatına məhdudiyyətlər də daxil olmaqla təzyiqin bir hissəsi olduğunu iddia edib.
O, həmçinin vurğulayıb ki, Kubanın siyasi sistemini güc və ya məcburiyyət yolu ilə dəyişdirmək üçün edilən hər hansı cəhd müqavimətlə qarşılanacaq.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Yonhap": Naməlum təyyarə Cənubi Koreyanın hava məkanını pozub
-
AMB süni intellektin idarə olunması üçün metodoloji rəhbərlik hazırlayır
-
WP: FTB rəhbərinin müavini istefa verəcək
-
Hicran Hüseynova: 44 günlük müharibə Azərbaycan analarının verdiyi tərbiyəni göstərdi
-
"Fənərbağça"nın iki futbolçusu "Şaxtyor"la oyunu buraxacaq
-
Tramp ölüm hökmlərinin icrasını sürətləndirmə tapşırığı verib













