Adil Kərimli Mədəniyyət Nazirliyinin kitabxanaları bağlamasına dair iddiaları rədd edib
Far.Az xəbər saytı

Adil Kərimli Mədəniyyət Nazirliyinin kitabxanaları bağlamasına dair iddiaları rədd edib


Mədəniyyət naziri Adil Kərimli rəhbəri olduğu qurumun kitabxanaları bağlamasına dair iddiaları rədd edib.

"Report" xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli bu barədə Milli Məclisin Mədəniyyət Komitəsinin "Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda keçirilən ictimai müzakirədəki çıxışında deyib.

Onun sözlərinə görə, kitabxanaların fəaliyyəti ilə bağlı son 3 ildə keçirilmiş monitorinqlər zamanı kifayət qədər məlumat toplanıb:

"Burada aparılan islahatların nəticəyönümlü olması üçün təhlillər aparırıq. Bu təhlillər nəticəsində sistemin daha səmərəli və dayanıqlı olması üçün konseptual yanaşma irəli sürmüşük".

A.Kərimli cəmiyyətdə bəzən rast gəlinən "Mədəniyyət Nazirliyi kitabxanaları bağlayır, yaxud "kitabxanalara soyuq yanaşma var" kimi fikirlərin qəti şəkildə qəbuledilməz olduğunu vurğulayıb:

"Kitabxanalar dövlət üçün prioritetdir. Bu mənada, cəmiyyətin bilgi mədəniyyətinin formalaşmasında kitabxanaların rolu böyükdür".

O həmçinin bildirib ki, nazirlik kitabxanalarla bağlı dünya standartları əsasında yeni model formalaşdırıb.

Oxşar xəbərlər

Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər