Ötən il Azərbaycanda 18 yaşına çatmış 478 yeniyetmə cinayət məsuliyyətinə cəlb edilib
Azərbaycanda 2025-ci ildə 18 yaşına çatmış 478 yeniyetmə cinayət məsuliyyətinə cəlb edilib.
"Report" xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev "Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi" adlı tədqiqat hesabatının və "Uşaqlar və Hüquq" kitabının təqdimat mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 2025-ci ildə 18 yaşına çatmayan 784 nəfər cinayət məsuliyyətinə cəlb olunub: "Bu göstərici digər ölkələrlə müqayisədə qənaətbəxşdir".
Baş prokuror BMT-nin Uşaq Fondunun məlumatına istinadən dünyada hər 4 dəqiqədən bir uşaqların zorakılığa məruz qaldığını, yaxud öldürüldüyünü vurğulayıb:
"Ötən il 90 milyon uşaq cinsi zorakılığa məruz qalıb, 1,6 milyard uşaq isə evdə fiziki təzyiqlə üzləşib".
K.Əliyev qeyd edib ki, 2024-cü ildən bu günədək prokurorluq orqanları tərəfindən valideynlik hüququndan məhrum etmə ilə bağlı 37 mülki iddia qaldırılıb: "Onlardan 35-i təmin edilib, ikisi isə baxılma mərhələsindədir".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
"Azərbaycan dilini öyrənirik" kitabının təqdimat mərasimi olub
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













