Hindistana məxsus təyyarənin qəzaya uğraması nəticəsində beş nəfər ölüb - YENİLƏNİB
Far.Az xəbər saytı

Hindistana məxsus təyyarənin qəzaya uğraması nəticəsində beş nəfər ölüb - YENİLƏNİB


Hindistan HHQ-nin beş hərbçisi "Corhat" aviabazasında "An-32" hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olub.

"Far.Az" xəbər verir ki, bu barədə Hindistan HHQ-nin məlumatında deyilir.

Qeyd olunur ki, hadisə planlaşdırılmış uçuş zamanı baş verib.

Hindistan Hərbi Hava Qüvvələrinin (HHQ) "An-32" təyyarəsi "Corhat" aviabazasına eniş edərkən qəzaya uğrayıb.

"Far.Az"un məlumatına görə, bu barədə "The Times of India" nəşri Hindistan Müdafiə Nazirliyinə istinadən xəbər verir.

"Hindistan HHQ-nin "An-32" təyyarəsi "Corhat" aviabazasına eniş edərkən qəzaya uğrayıb. Hazırda dəyən ziyanın miqyası qiymətləndirilir", - qurumun nümayəndəsi bildirib.

Hindistan HHQ-nin məlumatına görə, qəza nəticəsində baş verən yanğının söndürülməsinə başlanılıb. Qəzanın səbəblərini araşdırmaq üçün xüsusi komissiya yaradılıb.

Qurbanlar barədə məlumat yoxdur.

Oxşar xəbərlər

Lökbatanda anbardakı yanğının söndürülməsinə 2 helikopter cəlb olunub - YENİLƏNİB-4
DSX-nin 270 hərbçisi mənzillə təmin olunub
Lökbatandakı güclü yanğının söndürülməsinə helikopterlər cəlb olunub - YENİLƏNİB-2
AZAL təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı anım tədbiri keçirilib
Lökbatandakı yanğına helikopterlər indiyədək 200 ton su töküb - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər