Vuçiç: Siyasi rəqiblər bilirlər ki, indi xalqın iradəsi bir il əvvəlkindən fərqlidir
Serbiya Prezidenti Aleksandar Vuçiç iyunun 27-də Belqradın mərkəzində, Milli Assambleyanın qarşısındakı meydanda keçiriləcək Serbiya Tərəqqi Partiyasının (Srpska napredna stranka – SNS) toplantısında qarşıdakı seçkilərə hansı koalisiya ilə qatılacağını açıqlayacaqlarını bildirib.
"Far.Az"un Balkan bürosu xəbər verir ki, Vuçiç "TV Prva" kanalına müsahibəsində, eyni zamanda, partiyanın namizədləri, proqramı və Serbiyanın gələcəyi ilə bağlı planları bölüşəcəyini diqqətə çatdırıb.
"Həmin vaxt şüarlarımızı da biləcəyik, hansı platforma ilə seçkiyə getdiyimizi, plan və proqramımızın nə olduğunu açıqlayacağıq", - o deyib və əlavə edib ki, dövlət qərarları barədə isə iyunun 28-də danışacaq.
Vuçiç dövlət məsələlərini partiya məsələlərindən ayırmaq istəyir. "Pensiyaçılar və ölkəmizdəki digər həssas qruplarla bağlı dövlət qərarlarını açıqlayacağam. Bütün bunları üç-dörd gün ərzində həyata keçirəcəyik", – Vuçiç bildirib.
O əlavə edib ki, SNS-in prezidentliyə namizədinin adını hələ açıqlamayacaq və hazırda bir neçə namizəd var:
"İyunun 27-də keçiriləcək toplantıda səsvermə qutuları da quraşdırılacaq və vətəndaşlar Serbiyada həyata keçirilməsini və dəyişdirilməsini istədikləri əsas mövzular barədə fikir bildirə biləcəklər. Bu, insanların nə düşündüyünü öyrənmək üçün yaxşı bir araşdırma olacaq. Biz onların iştirakını gözləyirik".
Vuçiç seçki gecəsindən heç bir qorxusu olmadığını da bəyan edib:
"Seçki gecəsinə gəlincə, başqalarından fərqli olaraq mənim heç bir qorxum yoxdur. Əsas olan nəticə və xalqın iradəsidir. Onlar (siyasi rəqiblər - red.) da bilirlər ki, xalqın iradəsi bir il əvvəlkindən açıq şəkildə fərqlidir. Bir il əvvəl də onlar üçün qələbə asan olmayacaqdı. Bizim üçün də asan deyil, amma onlar üçün qat-qat çətindir".
Oxşar xəbərlər
Milli dəyərlər və gənclərin gələcəyi mövzusunda tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan və Serbiya prezidentləri mətbuata bəyanatla çıxış ediblər - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
-
"Yonhap": Naməlum təyyarə Cənubi Koreyanın hava məkanını pozub
-
AMB süni intellektin idarə olunması üçün metodoloji rəhbərlik hazırlayır
-
WP: FTB rəhbərinin müavini istefa verəcək
-
Hicran Hüseynova: 44 günlük müharibə Azərbaycan analarının verdiyi tərbiyəni göstərdi













