Ralf Horlemann: Bakı və İrəvan arasında sülh prosesi regiondakı ən mühüm hadisədir
Far.Az xəbər saytı

Ralf Horlemann: Bakı və İrəvan arasında sülh prosesi regiondakı ən mühüm hadisədir


Azərbaycan və Ermənistan arasında sülh prosesi son illərdə regiondakı ən mühüm hadisəyə çevrilib.

"Report" xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann azərbaycanlı jurnalistlərə diplomatik missiyasının başa çatması ilə bağlı keçirilən görüşdə bildirib.

Horlemannın sözlərinə görə, münaqişənin nizamlanması və ardınca Bakı və İrəvan arasında sülh sazişinin hazırlanması prosesinə başlanması tərəflərin mühüm nailiyyətidir.

"Bu, həqiqətən də böyük irəliləyiş və mühüm nailiyyətdir", - səfir deyib.

O vurğulayıb ki, sülh prosesinin dəstəklənməsi onun Azərbaycandakı diplomatik missiyası dövründə əsas prioritetləri sırasında olub:

"Davamlı sülhün əldə olunması təkcə Azərbaycan və Ermənistanın deyil, bütövlükdə bütün regionun maraqlarına cavab verir, Asiya və Avropa arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi və ticarət əlaqələrinin inkişafı üçün əlavə imkanlar açır".

Oxşar xəbərlər

Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər