Oman və İran Hörmüzdə sərbəst gəmiçiliyə sadiqdir
Far.Az xəbər saytı

Oman və İran Hörmüzdə sərbəst gəmiçiliyə sadiqdir


Oman və İran Hörmüz boğazında təhlükəsiz və azad gəmiçiliyin təmin edilməsinə dair beynəlxalq hüquq normalarına sadiq olduğunu bir daha vurğulayıb.

"Far.Az" Omanın Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, bu məsələ Oman və İranın XİN başçıları Bədr əl-Busaidi və Abbas Əraqçi arasında telefon danışığı zamanı müzakirə edilib.

Oman tərəfinin bəyanatına görə, bu yaxınlarda əldə edilmiş İran-ABŞ razılaşmaları kontekstində nazirlər gəmilərin Hörmüz boğazından azad və təhlükəsiz keçidinə münasibətdə beynəlxalq hüquq normalarına riayət olunmasının vacibliyini təsdiq ediblər.

Tərəflər həmçinin ümid edirlər ki, yaxın dövrdə prosesin bütün iştirakçıları siyasi-diplomatik səylərin irəliləməsi və regional sabitliyin möhkəmləndirilməsi üçün əlverişli şəraitin yaradılmasına töhfə verəcəklər.

Oxşar xəbərlər

Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan və Qazaxıstan XİN başçıları regional vəziyyəti geniş müzakirə ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər