Vens: ABŞ-İran sazişi İsrail, Livan və Fars körfəzi ölkələrini əhatə edəcək
Far.Az xəbər saytı

Vens: ABŞ-İran sazişi İsrail, Livan və Fars körfəzi ölkələrini əhatə edəcək


ABŞ və İran arasında münaqişənin nizamlanmasına dair razılaşma İsrail, Livan və Fars körfəzi dövlətlərinə də şamil ediləcək.

"Far.Az" xəbər verir ki, bu barədə ABŞ Vitse-prezidenti Cey Di Vens amerikalı jurnalist Megin Kelliyə müsahibəsində bildirib.

"Söhbət regional sülh sazişindən gedir. O, [Fars] körfəzə, İsrailə və Livana da aid olacaq. Mahiyyət ondan ibarətdir ki, bu, tammiqyaslı regional sülh razılaşmasıdır", - o qeyd edib.

İyunun 15-nə keçən gecə ABŞ, İran və vasitəçi rolunu oynayan Pakistanın nümayəndələri rəsmən təsdiqləyiblər ki, tərəflər Vaşinqton və Tehran arasında hərbi əməliyyatların 60 günlük dayandırılması barədə razılığa gəliblər. Sənədin iyunun 19-da Cenevrədə imzalanması planlaşdırılır.

Daha əvvəl "Al Arabiya" telekanalı mənbələrə istinadən 14 bənddən ibarət olan razılaşmanın mətnini dərc edib.

Oxşar xəbərlər

İlham Əliyevlə Cey Di Vens arasında geniştərkibli görüş başa çatıb
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
BDU-da şəhid jurnalist Məhərrəm İbrahimova həsr olunmuş kitabın təqdimatı keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər