İspaniya və Venesuelanın ən böyük neft-qaz şirkətləri əməkdaşlıq barədə razılığa gəlib
Far.Az xəbər saytı

İspaniya və Venesuelanın ən böyük neft-qaz şirkətləri əməkdaşlıq barədə razılığa gəlib


Venesuelanın milli neft-qaz korporasiyası "Petróleos de Venezuela S. A." (PDVSA) və İspaniyanın "Repsol" enerji şirkəti qarşılıqlı anlaşma memorandumu bağlayıb.

"Report" xəbər verir ki, "Venezolana de Television" telekanalının efirində yayımlanan imzalama mərasimində Bolivar Respublikasının Prezidenti səlahiyyətlərini icra edən Delsi Rodriqes iştirak edib.

Onun sözlərinə görə, PDVSA və "Repsol" Karbohidrogenlər Nazirliyinin dəstəyi ilə qarşılıqlı fəaliyyətin müxtəlif istiqamətlərinin işlənməsini davam etdirir və 2050-ci ilə qədər olan dövr üçün birgə enerji gündəliyini formalaşdırırlar. O həmçinin neft sahəsində tərəfdaşlığın dərinləşdirilməsinə görə İspaniya korporasiyasının rəhbərliyinə təşəkkür edib.

"Enerji təchizatını təmin etmək məqsədilə Miraflores sarayında karbohidrogenlər və elektroenergetika sahəsində imzaladığımız hər bir razılaşma Venesuela xalqının maraqlarına xidmət edir", - Rodriqes bildirib.

Daha əvvəl Venesuela Amerikanın "General Electric" korporasiyası ilə ölkənin elektroenergetika infrastrukturunun bərpasına yönəlmiş qarşılıqlı anlaşma memorandumu bağlayıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər