"G7" liderləri Rusiyaya qarşı sanksiyaların gücləndiriləcəyini bəyan ediblər
Far.Az xəbər saytı

"G7" liderləri Rusiyaya qarşı sanksiyaların gücləndiriləcəyini bəyan ediblər


"Böyük Yeddilik" ("G7") ölkələrinin liderləri Fransadakı sammitin yekunu olaraq Rusiyaya qarşı sanksiya təzyiqinin gücləndirilməsi və Ukraynaya dəstəyin davam etdirilməsi barədə razılığa gəliblər.

"Far.Az" xəbər verir ki, bu barədə "G7" görüşünün nəticələri üzrə qəbul edilmiş yekun bəyanatda deyilir.

"Biz Rusiyanın hərbi iqtisadiyyatına təzyiqi gücləndirməyi öhdəmizə götürürük. Bu kontekstdə biz neft və qaz sektorlarına münasibət də daxil olmaqla, sanksiyalarımızı gücləndirəcəyik", - sənəddə deyilir.

Sənəddə vurğulanıb ki, hazırkı məqam Rusiyaya qarşı əlavə məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsi üçün əlverişlidir, çünki ABŞ Prezidenti Donald Tramp "G7" ölkələrinin dəstəklədiyi Hörmüz boğazının açılması barədə saziş bağlayıb.

Bununla yanaşı, "G7" liderləri "Ukraynaya dəyişməz dəstəyi" təsdiqləyiblər.

"Biz hava hücumundan müdafiə sistemlərinin, əlavə komplekslərin və tutucu raketlərin, eləcə də uzaqmənzilli silahların tədarükünün artırılmasına dair razılığa gəldik", - bəyanatda qeyd olunub.

Oxşar xəbərlər

İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər