Braziliya XİN başçısı: BMT Nizamnaməsinə yenidən baxılması təklifini planlaşdırırıq
Braziliya gələn il BRICS-ə sədrliyi çərçivəsində BMT Baş Assambleyasına 109-cu maddə əsasında təşkilatın Nizamnaməsinə yenidən baxılması üçün konfransın çağırılması təklifini irəli sürməyi nəzərdən keçirir.
"Far.Az"un Kazana ezam olunan əməkdaşının məlumatına görə, bunu Braziliyanın xarici işlər naziri Mauro Vieyra “XVI BRICS Sammitinin “Outreach”/“BRİCS+” formatının geniş tərkibdə görüşü zamanı deyib.
Onun sözlərinə görə, gələn il BRICS-in əsas mövzusu daha inklüziv və davamlı inkişaf üçün Cənubun qlobal əməkdaşlığının gücləndirilməsi olacaq: “Bu il G20-i sədrliyi burada iştirak edən bir çox ölkənin dəstəyinə malik olan qlobal idarəetmə islahatları üçün mühüm fəaliyyət çağırışını təsdiqləyib”.
Nazir, həmçinin Braziliyanın G20-dəki prioritetlərini açıqlayıb: “Bu, sosial inteqrasiya, iqlim dəyişikliyi ilə mübarizə, həmçinin qlobal idarəetmə islahatı və dünya maliyyələşdirmə institutlarının yaradılmasıdır. Biz, həmçinin bütün ölkələri qlobal istiləşməyə qarşı mübarizədə öz milli töhfələrinə dair ambisiyalarını artırmağa dəvət edirik".
Oxşar xəbərlər
Kazanda XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclası keçirilib, Prezident İlham Əliyev tədbirdə çıxış edib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
XİN başçısı BMT BA-nın 79-cu sessiyasında çıxış edib - YENİLƏNİB
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
Qızılın qiyməti ötən ilin sentyabrından sonra ilk dəfə 3 650 dollardan aşağı düşüb
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Uitkoff Berlində Avropa liderləri ilə görüşü məhsuldar adlandırıb
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub













