Kats: İsrail qoşunlarını Livanın cənubundan çıxarmayacaq
Far.Az xəbər saytı

Kats: İsrail qoşunlarını Livanın cənubundan çıxarmayacaq


İsrail Müdafiə Ordusu ölkənin şimalındakı yaşayış məntəqələrini "Hizbullah" hərəkatının təhdidlərindən qorumaq üçün Livanın cənubunda öz mövcudluğunu - sahildən Bofort yüksəkliklərinə qədər - qoruyub saxlayacaq.

"Report" "The Times of Israel" qəzetinə istinadən məlumatına görə, İsrail müdafiə naziri İsrael Kats bu bəyanatı "Hizbullah" qruplaşmasının gecə hücumları nəticəsində ordunun dörd hərbçisinin həlak olması və daha bir neçəsinin yaralanmasından sonra verib.

"İsrail Müdafiə Qüvvələri şimaldakı yaşayış məntəqələrini qorumaq, təhdidlərin qarşısını almaq və bölgədəki terror infrastrukturunu həm yeraltında, həm də yerüstündə məhv etmək məqsədilə Livandakı təhlükəsizlik zonasında qalacaq (sahil zolağından Bofort yüksəkliklərinədək - red.)", - bəyanatda bildirilib.

Nazir həmçinin qeyd edib ki, İsrail öz hərbçilərinə və mülki vətəndaşlarına zərər vurulmasına yol verməyəcək, "Hizbullah" tərəfindən atəşkəs rejiminin istənilən pozuntusunun qarşısı isə ən sərt tədbirlərlə alınacaq.

Oxşar xəbərlər

Balıkesirdəki zəlzələ zamanı 25 bina zərər görüb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
FHN-in Bakı Regional Mərkəzi kompleks mülki müdafiə təlimi təşkil edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Tuapsedə PUA hücumundan sonra "qara yağış" canlılara ZƏRƏR VURUB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər