Videooyun nəhəngi "Ubisoft"un həmtəsisçisi Fransada təyyarə qəzasında ölüb
Far.Az xəbər saytı

Videooyun nəhəngi "Ubisoft"un həmtəsisçisi Fransada təyyarə qəzasında ölüb


Fransanın "Ubisoft" şirkətinin həmtəsisçisi Klod Giyemo (Claude Guillemot) Fransanın qərbində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində həlak olub.

"Far.Az" "Le Figaro" qəzetinə istinadən xəbər verir ki, qəza iyunun 19-da axşam saatlarında Atlantika Luarası departamentindəki La-Bol kommunasının aerodromu yaxınlığında baş verib.

Mənbələrin məlumatına görə, ikimühərrikli "Cessna 421" təyyarəsinin yerə çırpılması nəticəsində qurbanı iki nəfər ölüb.

Bildirilib ki, iş adamı şəxsən hava gəmisinin sükanı arxasında olub. Təyyarə Renn şəhərindən uçub və həftəsonu yüzdən çox təyyarənin iştirakı ilə toplanışın keçirildiyi La-Bola istiqamət alıb. K.Giyemo yerli aeroklubun üzvü idi və bu tədbirdə iştirak etməyi planlaşdırırdı.

Oxşar xəbərlər

Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
AZAL təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı anım tədbiri keçirilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər